"Şamaxı" klubunun qış hazırlıq planı açıqlanıb.
Komanda yanvarın 3-də Bakıda bir araya gələcək. Bölgə təmsilçisi hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-də Antalyaya yollanacaq və 11 gün məşqlərini qardaş ölkədə davam etdirəcək. Bu müddətdə komanda 3 yoxlama oyunu keçirəcək.
Yanvarın 11-i Qazaxıstanın "Kaysar" və Rumıniyanın "Botaşani" klublarıyla qarşılaşacaq "Şamaxı"nın yanvarın 18-də son rəqibi Serbiyanın "Napredak" klubu olacaq.