"Zirə" Təmkin Xəlilzadə ilə yollarını ayırıb.
Klubun mətbuat xidməti xəbər verir ki, müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub. Təmkin Xəlilzadə 2021-ci ildən "Zirə"də oynayırdı.
"Kəpəz" isə legioneri ilə vidalaşıb. Klubdan verilən məlumata görə Gəncə təmsilçisi Peyman Keşavarzı yola salıb. İranlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.