"Səbail"in baş məşqçisi Mahmud Qurbanov istefa verib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Mahmud Qurbanov istefası ilə bağlı klub rəhbərliyinə müraciət edib. Mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klubun Müşahidə Şurası tərəfindən qəbul olunub. Mahmud Qurbanov bu ilin may ayından paytaxt təmsilçisini çalışdırırdı. Uğursuz mövsüm keçirən "Səbail" hazırda Misli Premyer Liqasında 18 oyundan 10 xalla sonuncu - 10-cu pillədədir. Kubokda isə komanda yarımfinala yüksəlib və bu mərhələdə "Qəbələ" ilə qarşılaşacaq.