“Qarabağ” klubunun prezidenti Tahir Gözəl braziliyalı legionerin Rusiyanın “Krasnodar” klubuna mümkün transferi ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə futbolçuya ciddi təklif var və hazırda danışıqlar gedir: “Bəli, xəbərlər doğrudur. Çox ciddi təkliflər var. Rəqəmlərdən xəbərimiz var. Maliyyə məsələləri ilə bağlı danışıqlar gedir. İndi futbolçunu öz arzusu olmadan bir yerdə saxlamaq çətindir. Onun şəxsi fikri çox önəmlidir. Hesab edirəm ki, alınsa, klubumuz üçün xeyirli olar”. Qeyd edək ki, “Krasnodar” klubunun Kadinin keçidinə görə “Qarabağ”a 5 milyon avro transfer haqqı ödəyəcəyi bildirilir.