Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Dinamo”dən Zaqrebdən ayrılıb Türkiyə klubuna keçəcək.

İddialara görə, transfer yanvarda reallaşacaq. Zaqreb klubundakı durumundan məmnun olmayan Mahir “Antalyaspor”a yollanmaq niyyətindədir. 25 yaşlı hücumçu “Dinamo”da 20 oyun keçirib və 5 qol vurub. Emrelinin “Dinamo” ilə 2026-cı ilə qədər müqaviləsi var. Onun Türkiyə klubuna icarəyə veriləcəyi gözlənilir.