“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges karyerasını Rusiya çempionatını davam etdirməyə hazırlaşır.
Belə ki, futbolçu “Krasnodar” klubu ilə müqavilə bağlamağa yaxındır. Rusiya mətbuatının məlumatına görə klub rəhbərliyi bu keçidə görə “Qarabağ”a 5 milyon avro ödəyəcək. Qeyd edək ki, “Qarabağ”a 2021-ci ildə gələn braziliyalı bu mövsüm Ağdam təmsilçisi ilə 4 illik yeni müqavilə imzalayıb.