“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade karyerasını Rusiyada davam etdirə bilər.
23 yaşlı futbolçu bu ölkənin “Krasnodar” klubunun maraq dairəsinə düşüb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Xatırladaq ki, Andrade bu ilin yanvar ayında Bolqarıstanın “Çerno More” klubundan “Qarabağ”a gəlib. Onun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa kimi nəzərdə tutulub. Andrade bu mövsüm “Qarabağ”ın heyətində meydana çıxdığı 15 oyunda 1 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.