Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sabah” doğma meydanda “Səbail” ilə üz-üzə gəlib.

Qarşılaşmada ilk real qol vəziyyəti 29-cu dəqiqədə yaranıb. Rahid Əmirquliyevin boş zonaya ötürməsindən sonra Ağabala Ramazanov topu qüvvətli zərbə ilə qapıya vursa da, “Sabah”ın qapıçısı Yusif İmanov qola imkan verməyib. Fasilədən sonra sürətli oyunla yadda qalan “Səbail” futbolçuları 74-cü dəqiqədə istəyinə çatıb. Qoba Zakpa baxımlı qolla fərqlənib. Qalan vaxt ərzində hesab dəyişməyib. Cavab qarşılaşmasında “Sabah”ı minimal fərqlə üstələyən “Səbail” iki oyunun ümumi nəticəsinə əsasən 4:2 hesablı qələbə qazanaraq tarixində ilk dəfə yarımfinal mərhələsinə adlayıb.