Azərbayacan çempionatında 17-ci tura Tovuzda yekun vurulub.
Yerli “Turan-Tovuz” komandası doğma arenada “Neftçi”ni qəbul edib. Xatırladaq ki, bu komandaların ilk dövrədə Bakıda keçirilən qarşılaşmasında hesab açılmamışdı. Bu dəfə isə matçın taleyini 1 qol həll edib. 73-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Emin Mahmudov Bakı klubuna minimal hesablı qələbə qazandırıb. Son 6 tura cəmi 1 xal əldə edən və 5 görüşdə uduzan “Turan Tovuz” hazırda 16 xalla turnir cədvəlində 6-cı pillədədir. Mövsümdə 11-ci qalibiyyətini əldə edən “Neftçi” isə 35 xalla 3-cü yerdə qərarlaşıb. Komanda 2-ci pillədəki “Sabah”dan 5 xal geri qalır. Yarışa isə 47 xalla “Qarabağ” başçılıq edir.