Azərbaycan çempionatında 17-ci turunda “Kəpəz” Gəncədə “Sabah”ı qəbul edib. Son 4 turda 2 xal əldə edən meydan sahibləri bu dəfə də azarkeşlərini sevindirə bilməyib. Hesabı qonaqlar açıblar. 34-cü dəqiqədə Coy Lens Mikels qapını dəqiq nişan alıb. Amma yalnız 1 dəqiqə sonra tarazlıq bərpa olunub. Abdullahi Şuaybu fərqənib. Ilk hissə 1:1 hesabilə bitib. Fasilədən sonra Abdullahi Şuaybu dubl edərək “Kəpəz”i önə keçirib. 88-ci dəqiqədə hesab yenidən bərabərləşib. Aleksey Kaşuk komandasını məğlubiyyətdən xilas edib. Qeyd edək ki, qalan vaxtda “Sabah”ın heyətində Ceyhun Nuriyev qırmızı vərəqə ilə cəzalandırılıb.

5 turdur qalib gələ bilməyın Gəncə klubu 11 xalla yarış cədvəlində 8-ci yerdədir. “Sabah” isə 40 xalla 2-ci pillədə qərarlaşıb. Komanda lider “Qarabağ”dan 7 xal geri qalır.

“Sumqayıt” isə ardıcıl 2-ci matçda qalib gəlib. “Kimyaçılar” doğma meydanda meydanında “Səbail”dən üstün olublar. Hesab artıq 9-cu dəqiqədə açılıb. Steven Pereyra meydan sahiblərinin ilk qolunu vurub. “Sumqayıt” futbolçuları 2-ci hissədə rəqibin qapısından daha bir top keçiriblər. 54-cü dəqiqədə Vüsal İsgəndərli yekun nəticəni müəyyənləşdirib. “Sumqayıt” – “Səbail” 2:0. Mövsümdə ilk 3 xalı ötən tur “Kəpəz”lə oyunda əldə edən sumqayıtlılar ardıcıl 2-ci görüşdə uğur qazanıblar. “Gənclik şəhəri” təmsilçisi hazırda 12 xalla 8-cidir. Ardıcıl 6-cı matçda uduzan “Səbail” isə 10 xalla 10-cu pillədədir.