Rumıniyalı baş məşqçi Laurentsiu Regekampf "Neftçi"dən ayrıla bilər.

47 yaşlı mütəxəssisin Rumıniyanın Universitatya Krayova" ilə prinsipial razılıq əldə etdiyi bildirilib. Təcrübəli baş məşqçi "ağ-qaralar"la vidalaşsa, sabiq klubuna qayıdacaq. Qeyd edək ki, Laurentsiu Regekampf 2021/2022 mövsümündə "Universitatya Krayova"da işləyib.