“Sumqayıt” klubu qışda bəzi legionerləri ilə vidalaşacaq.

Onlardan biri də bosniyalı futbolçu Almir Aqanspaxiçdir. Hücumçu mövsümün əvvəlində Serbiyanın “Çukariçki” klubundan 1 illik icarəyə götürülsə də, ümudləri doğrultmayıb. Cari mövsüm 11 oyunda meydana çıxıb 2 qol vuran Aqanspaxiçlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriləcək.