Azərbaycan çempionatının 15-ci turunda “Şamaxı” doğma meydanda “Kəpəz”lə qarşılaşıb. Görüşə qonaqlar daha fəal başlayıblar və 11-ci dəqiqədə hesabı açıblar. Mixayıl Ergemlidze diqqət mərkəzinə düşüb. 2-ci yarıda meydan sahibləri üstünlüyə yiyələniblər. 68-ci dəqiqədə Bahadur Həziyev tarazlığı bərpa edib. Qalan vaxtda başqa qol vurulmayıb: “Şamaxı” – “Kəpəz” 1-1. Bu nəticədən sonra “Şamaxı” 11 xalla 7-c pillədə qərarlaşıb. 1 xal az toplayan Gəncə klubu isə 9-cudur.
Lider "Qarabağ" "Zirə" komandasını qəbul edib. "Azersun Arena"dakı qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Bu, "köhlən atlar"ın cari mövsümdə ikinci xal itkisi olub.
Bu nəticədən sonra xallarını 41-ə çatdıran Ağdam təmsilçisi ilk pillədəki mövqeyini qoruyub. 23 xalı olan "qartallar" isə 4-cüdür.