“Ferrari” komandanın rəhbəri Mattia Binottonun mövsümün sonunda vəzifəsindən gedəcəyi ilə bağlı məlumatı təkzib edib. Mətbuat son illər uğursuzluqla əlaqədar dəyişiklik olacağını qeyd etsə də, İtaliya komandası buna getməyəcək. Hətta o da iddia olunurdu ki, Binotto “Alfa Romeo”ya üz tutacaq, həmin komandanın rəhbəri Frederik Vassör “Ferrari”yə başçılıq edəcək. Elə “Alfa Romeo” da İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” nəşrinin bu iddiasını yalanlayıb.