"Kəpəz"də qışda komandanı tərk edəcək ilk oyunçunun adına aydınlıq gəlib.
Gəncə təmsilçində müdafiəçi Peyman Keşavarzi komandadan göndəriləcək. 27 yaşlı iranlı futbolçu baş məşqçi Tərlan Əhmədovun planlarında yer almır və bu səbəbdən o, qış transfer dönəmində "Kəpəz"i ilk tərk edənlərdən olacaq. Peşavarzi bu yay "sarı-göylər" ilə 1 illik müqavilə imzalayıb.