Türkiyə Super Liqasının 12-ci turunda “Başakşəhər” doğma meydanda “Giresunspor” ilə üz-üzə gəlib. Görüşdə aşkar favorit hesab olunan meydan sahibləri 28-ci dəqiqədə hesabı açıblar. Yussuf Ndayişimiye qapını dəqiq nişan alıb. Emre Belözoğlunun futbolçuları ikinci hissədə də rəqib qapısına yol tapıblar. 65-ci dəqiqədə Berkay Özcanın ötürməsindən sonra qapıçı ilə üzbəüz çıxan Filip Poulin Keni qonaqları növbəti dəfə məyus edib. 76-cı dəqiqədə müdafiəçilərin səhvindən sonra topu alan Ömər Ali Şahinər komandasının 3-cü qolunun müəllifi olub. 4 dəqiqə sonra “Giresunspor”un heyətindən Serjinyo buraxılan toplardan birinin əvəzini çıxsa da, bu sadəcə təsəlli olub. “Başakşəhər” – “Giresunspor” 3:1.

“Antalyaspor” isə səfərdə “Sivasspor”dan üstün olub. Haci Raytın qolu, habelə “Sivasspor”un üzvü Erdoğan Yeşilyurtun avtoqolu sayəsində “Antalyaspor” lazım olan 3 xalı aktivinə yazdırıb. 2:0.