İtaliya A seriyasında  12-ci tur keçirilir. Çempion “Milan” mövsümdə 2-ci dəfə uduzub. Stefano Piolinin komandası Turin səfərində uğursuzluq yaşayıb. “Torino” futbolçuları fasiləyə kimi rəqibi 2 dəfə cəzalandırıblar. Koffi Cici və Aleksey Mirançuk fərqlənib. “Milan” 2-ci yarıda toplardan yalnız 1-nin əvəzini çıxa bilib. 67-ci dəqiqədə Junior Messias görüşdə sonuncu qolu vurub: “Torino” – “Milan” 2:1.

“Latsio” – “Salernitana” görüşündə də sensasiya qeydə alınıb. Halbuki fasilə ərəfəsində meydan sahibləri önə çıxıblar. Mattiya Dzakanyi rəqibi cəzalandırıb. 2-ci yarıda oyunun məzmunu kökündən dəyişib. “Salernitana” hesabı xeyrinə dəyişərək inamlı qələbə qazanıb. Qonaqların heyətində Antonio Kandreva, Federiko Fasio və Bulaye Dia diqqət mərkəzinə düşüb. “Latsio” – “Salernitana” 1:3. Mauritsio Sarrinin komandası 6 oyundan sonra uğursuzluq yaşayıb.

“Atalanta” səfərdə “Empoli”ni 2:0, “Fiorentina” isə “Spetsiya”nı 2:1 hesabilə məlubiyyətə uğradıb. “Kremoneze” – “Udineze” matçında hesab açılmayıb. Hazırda “Napoli” 32 xalla A seriyasının lideridir. “Atalanta” 27 xalla 2-ci, “Milan” 26 xalla 3-cüdür.