La Liqanın 12-ci turunda lider “Real Madrid” “Santyaqo Bernabeu”da Joronanı qəbul edib.

Bu mövsüm təkcə “Osasuna” ilə bu arenada keçirilən görüşdə xal itirən kral klubu, mövsümdə 2-ci dəfə heç-heçə edib. İlk hissədə hesab açılmayıb. Fasilədən sonra meydan sahibləri istəklərinə nail olublar. Vinisius Junior topu qapıdan keçirib. 10 dəqiqədən sonra tarazlıq bərpa olunub. Kristian Stuani penaltini dəqiq yerinə yetirib. Görüşün sonunda Rodriqo rəqib qapısına yol tapsa da, bu epizodda qayda pozuntusu qeydə olduğundan qol qeydə alınmayıb. Ardınca Toni Krossun qırmızı vərəqə ilə cəzalandırılması yerli azarkeşləri daha da məyus edib. Qalan vaxtda azlıqda qalan “Real” futbolçuları fərqlənə bilməyiblər. Beləliklə oyun 1:1 hesabı ilə bitib. Mövümdə 2-ci dəfə məhz elə doğma arenada xal iturən “Real Madrid” 32 xalla turnir cədvəlində liderdir. “Kral klubu”nun izləyicisi “Barselona əzəli rəqibindən 1 xal geri qalır.