İngiltərə Premyer Liqasının 14-cü turunda “Arsenal” doğma arenada “Nottingem Forest”i qəbul edib. Meydan sahibləri artıq 5-ci dəqiqədə hesabı açıblar. Qabriel Martinelli fərqlənib. fasiləyə minimal hesablı üstünlüklə yollanan arsenal futbolçuları 2-ci hissədə 4 qol vurublar. 2-ci hissənin əvvəlidə Ris Nelson diqqət mərkəzinə düşüb. O, 49 və 52-ci dəqiqələrdə qapını dəqiq nişan alıb. 5 dəqiqədən sonra Tomas Parti hədəfdən yayınmayıb. Yekun nəticəni Martin Odeqar müəyyənləşdirib - 5:0. Beləliklə “Arsenal” turnir cədvəlində “Mançestert Siti”ni 2 xal qabaqlayaraq yenidən liderliyə yüksəlib.
Ötən tur Londonda “Çelsi” ilə 1-1 hesablı heç-heçə edən “Mançester Yunayted” bu dəfə doğma arenada paytaxtın digər təmsilçisi “Vest Hem”lə qarşılaşıb. “Old Trafford”da keçirilən görüşün taleyini 1 qol həll edib. Markus Reşford mankunyanlara minimal hesbalı qələbə qazandırıb. 12 tura 23 xal toplayan “Mançester Yunayted” “Çelsi”ni geridə qoyaraq 5-ci pilləyə yüksəlib.