“Araz-Naxçıvan” Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununa çıxıb. İlk görüşdə 2-5 İsveç çempionu "Erebru"ya 2-5 hesabı ilə məğlub olan komandamızın bu dəfəki rəqibi Serbiyanın  "Loznika Qrad" klubunun futzalçıları olub. Bosniya və Herseqovinanın Mostar şəhərində təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qolunu 19-cu dəqiqədə Vitao vurub.  Rəqibin heyətində Mladen Koçiç dubl edib, Nemanya Milosavlyeviç və Dorce Roşiç hərəfə bir dəfə fərqləniblər. Bu nəticədən sonra “Araz-Naxçıvan” növbəti mərhələyə yüksəlmək şansını itirib. Bununla belə komandamızın baş məşqçisi rəqibdən üstün oynadıqlarını bildirib.

“Son üç ayda ən yaxşı oyunumuzu keçirdik. Statistika baxdıq, köməkçi məşqçi 67 epizod yaratdığımızı, qapıya 31 zərbə endirdiyimizi dedi. Amma nəticə bunu gostərmir, bu qədər epizodumuz ola-ola cəmi 1 qol vurduq. Deməli, son nöqtəni qoymaqla bağlı problemimiz var. Sən bu qədər epizodlardan istifadə edə bilmirsənsə, rəqib şansını qaçırmayacaq. "Lozniça Qrad" da təcrübəli komandadır".

"Araz-Naxçıvan" qrup mərhələsində sonuncu oyununu Bosniya və Herseqovinanın "Mostar" komandasına qarşı keçirəcək.  Oktaybrın 29-a təyin olunan görüş Bakı vaxtilə saat 22-də başlanacaq.