“Audi”  Formula 1-də “Alfa Romeo” adı ilə  mübarizə aparan “Zauber”lə əməkdaşlığa başlayıb. Bu barədə Almaniya şirtkəti rəsmi məlumat yayıb. Razılığa əsasən, 2026-cı ildə “Alfa Romeo” komandasını məhz “Audi” şirkəti mühərriklərlə təchiz edəcək. Avropa mətbuatının əldə etdiyi məlumatlara görə, əməkdaşlıq nəticəsində “Audi” həmçinin “Zauber”in səhmlərinin 75 faizini də özəlləşdirəcək. Deyilənə görə, iddiasını artırmaq istəyən “Alfa Romeo” qarşıdakı illərdə “Ferrari” pilotu Karlos Saynsa da müqavilə təklif edəcək.

Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Barak Obamanın da daxil olduğu investisiya qrupu  isə MBA-da çıxış edən “Finiks Sanz”ın səhmlərinə sahib çıxmaq istəyir. Bu barədə Amerika mətbuatı ictimaiyyəti məlumatlandırıb. Artıq bu istiqamətdə danışıqlar davam edir. Xatırladaq ki, bir müddət əvvəl “Finiks”in sahibi Robert  Sarver irqçilik və zorakılıq zəminində vəzifəsindən kənarlaşdırılmışdı. Arizona klubuna Obama ilə yanaşı, “Apple” şirkətinin mərhum yaradıcısı Stiv Cobsun həyat yoldaşı və Amazon.com internet-kompaniyasının sahibi Cozef Bezos da “Finiks”in səhmlərinə sahib çıxmaq istəyir.