Azərbaycan Premyer Liqasının 11-ci turunun "Neftçi" ilə görüşündə zədələnərək oyunu yarımçıq tərk etmək məcburiyyətində qalan "Sabah"ın futbolçusu Aleksey Kaşukun durumuna aydınlıq gəlib.

Ukraynalı futbolçunun zədəsi ciddi deyil. MRT müayinəsi zamanı Kaşukunun ayağında heç bir qırıq aşkarlanmayıb. Müalicəsini davam etdirən yarımmüdafiəçinin qarşıdakı turda meydana çıxıb-çıxmayacağı hələ ki, dəqiq deyil.