UEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ" qrup mərhələsinin 5-ci turunda səfərdə  “Nant” komandası ilə üz-üzə gələcək.   Hazırda "köhlən atlar" 7 xalla G qrupunda 2-ci pillədə qərarlaşıb. 3 xalı olan Fransatəmsilçisi isə 3-cü yerdədir. Komabdamız bu oyunda ən azı 1 xal qazanacağı halda, pley-offa vəsiqəni təmin edəcək. Qarşılaşmadan əvvəl təşkil olunan ənənəvi mətbuat konfarnsında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.  50 yaşlı mütəxəssis bildirib ki, Bakıda bu komandaya 3:0 hesabı ilə qalib gəlmələri yanlış fikirlər gətirə bilər: “"Hər sistemin öz çətinlikləri var. Rəqib keyfiyyətli komandadır. Öz meydanında daha yaxşı oynayır. Əlimizə düşən hər imkandan maksimum istifadə etməyə çalışacağıq. Rəqibə böyük hörmətlə yanaşırıq. Bakıdakı matçda qol epizodları oldu. Hətta hesab 0:0 olarkən üstünlük onların tərəfində idi. Rəqibin heyətində bacarıqlı futbolçular var. Sadəcə, hər komandanın uğursuz seriyası olur. Son vaxtlar "Nant"ın oyununda irəliləyiş var”.

“Qarabağ”ın yarımmüdafiəçisi  Riçard Almeyda: Bakıya ən yaxşı nəticə ilə dönəcəklərinə inandığını deyib: “Rəqibin heyətində yaxşı futbolçular var. Amma biz öz oyunumuza fokuslanmışıq. Dolu tribunalar qarşısında oynamaq xoşumuza gəlir. İnanıram ki, Bakıya ən yaxşı nəticə ilə dönəcəyik.”

Rəqib də bu görüşə ciddi hazırlaşıb.  “Nant"ın baş məşqçisi Antuan Kombuare Avropa Liqasında mübarizəni davam etdirmək üçün mütləq qalib gəlməli olduqlıarını bildirib: “Bunun final oyunu olduğu aydındır. İkinci yeri tutmaq istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik.  Zədəlilər də  sıraya qayıdıN. “Nitsa”ya qarşı çempionat matçındakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik.”

Qeyd edək ki, bu gün  keçiriləcək "Nant" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23-də başlayacaq.  "Bojuar" stadionundakı görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək.