“Sumqayıt”ın hücumçusu Vüsal İsgəndərli karyerasını Şimali Makedoniyada davam etdirə bilər.

Belə ki, bu ölkənin “Şkupi” komandası futbolçunu heyətinə qatmaq istəyir. Hazırkı ölkə çempionu olan komanda hələ bu ilin əvvıəlində Vüsalı transfer etmək istəsə də, o vaxt keçid baş tutmamışdı. Böyük ehtimalla İsgəndərli mövsümün sonunda “Şkupi” ilə danışıqlara başlayacaq.