Azərbaycan yığmasının müdafiəçisi Amin Seydiyev karyerası ilə bağlı qərar verib.
“Qəbələ”nin yetirməsi “Sabah”da qalmağı üstün tutub. Bu klubda üçüncü mövsümünü keçirən arxa xətt oyunçusu müqavilənin müddətini uzatmaqla bağlı aldığı təklifi müsbət qarşılayıb. O, daha 3 il “Sabah”ın heyətində çıxış edəcək.