"Qarabağ" Riçard Almeyda ilə yeni müqavilə imzalamaq istəyir.

Hazırda 33 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddətinin daha 1 il uzadılması gündəmdədir. Yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti gələn ilin yayında bitəcək. Millimizin də üzvü olan orta sahə oyunçusunun Azərbaycanda qalmaqda istəkli olduğu qeyd edilib. 33 yaşlı futbolçu 2011-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2021-ci ildə yenidən Ağdam klubuna qayıdıb.