“Araz-Naxçıvan” Çempionlar Liqasnda Serbiyanın “Loznika Qrad”, “Bosniya və Herseqovinanın “Mostar” və İsveçin “Orebro” komandası ilə birlikdə 5-ci qrupunda mübarizə aparacaq. Qrup oyunları Bosniya və Herseqovinada olacaq. Komandamız Mostar şəhərində qarşılaşmaların oynanılacağı arenada ilk məşqin keçirib. Səfərə 13 futzalçı ilə yollanan “Araz-Naxçıvan” ın heyətində zədələ futzalçılar var. Felipinyo isə oynamayacağı dəqiqdir. Braziliyalı legioner Felipinyo cəzalı olduğuna görə komandaya kömək edə bilməyəcək. Baş məşqçisi Joze Alesio Da Silva əsas qayğıları zədələ futzalçılarla bağlıdır: "Həm zal, həm də oyun zamanı istifadə olunacaq toplar normaldır. Komandada atmosfer yaxşıdır. Sadəcə, səfərlə əlaqədar az da olsa, yorğunluq var. Əsas problemimiz isə zədəli futzalçıların durumu ilə bağlıdır. Andreu, Katatau, Sinesi və Ramiz Çovdarovun zədəsi var və onlardan hansının bu oyunlarda bizə kömək edəcəyini dəqiq deyə bilməyəcəyəm. Bununla bağlı həkim qərar verəcək. Amma Ramiz Çovdarovun geri döndüyünü demək olar, o, Mostardakı ilk məşqimizdə iştirak etdi. Digər 3 oyunçu ilə bağlı məsələ konkretləşməyib".
İlk görüşdə İsveç çempionu “Orebro” ilə qarşılaşacaqlarını deyən Joze Alesio Da Silva qarşılaşmanın çətin keçəcəyini , buna baxamayaraq yalnız qələbə barədə düşündüklərini deyib: "Çətin görüş olacaq. Müxtəlif variantlarımız var. Rəqibimizin də oyununa bir daha baxacağıq. Yenə deyirəm, vacib olan zədəli futzalçılarımızın meydana çıxıb-çıxmamasıdır. Əgər onlardan ikisi bizə kömək edə bilsə, onda yaxşı nəticə qazanacağıq. Komanda olaraq yaxşı hazırlaşmışıq".
Qeyd edək ki, "Araz Naxçıvan" oktyabrın 26-da “Orebro” ilə, bir gün sonra “Loznika Qrad” ilə, oktyabrın 29-da isə yerli “Mostar” komandası ilə üz-üzə gələcək.