İspaniya La Liqasının 9-cu turunun daha bir oyunu “Valensiya” şəhərində keçirilib.
Burada yerli komanda “Vilyarreal” doğma meydanda “Osasuna” ilə üz-üzə gəlib. Hesab fasilə ərəfəsində açılıb. Arnaut Danjuma meydan sahiblərini irəli çıxarıb. Fasilədən sonra da hücumlarına ara verməyən “sarı sualtı qayıqlar” yenidən qonaq komandanın azarkeşlərini məyus ediblər. Bu dəfə də niderlandlı Danjuma diqqət mərkəzinə düşüb. Görüş bu hesabla başa çatıb: “Vilyarreal” – “Osasuna” 2:0. Bu nəticə ilə “Vilyarreal” turnir cədvəlində 2 pillə irəliləyərək 12 xalla 7-ci pillədə qərarlaşıb. “Osasuna” isə 13 xalla 9-cudur. Çempionata 25 xalı olan “Real” Madrid başçılıq edir.