Şahmat üzrə “Meltwater Champions” seriyasının 8-ci mərhələsində mübarizə davam edir.

Yarışdakı təmsilçimiz Şəhriyar Məmmədyarov turnirin 3-cü günündə 4 oyun keçirib. Qrossmeysterimizin rəqibləri hindistanlı şahmatçılar olub. Əvvəlcə, 9-cu turda Arjun Eriqaisini məğlub edən Məmmədyarov növbəti görüşdə Santoş Viditlə heç-heçə edib. 11-ci turda təmsilçimiz Dommaraju Qukeşə məğlub olsa da son oyununda Pentala Harikrişnaya qalib gəlib. Beləliklə Şəhriyar Məmmədyarov 23 xalla 2-ci pillədə qərarlaşıb. Yarış cədvəlinə 25 xalla polşalı Yan Kriştof Duda başçılıq edir. Qeyd edək ki, mükafat fondu 1 milyon 600 min dollar olan Eymçes rapid turnirinə oktyabrın 21-də yekun vurulacaq.