UEFA Konfrans Liqasında qrup mərhələsinin 4-cü turu keçirilib. C qrupunda yarışan “Vilyarreal” ardıcıl 4-cü oyununda da qalib gəlib. İspaniya klubu Vyanada “Austriya”nı minimal hesabla məğlub edib. Yeganə qolu Nikolas Cekson vurub. Maksimum nəticə ilə qrupa başçılıq edən “Vilyarreal” pley-offa vəsiqəni təmin edib.
“Vest Hem” də xal itirmədən yoluna davam edir. London komandası doğma arenada “Anderlext”dən güclü olub. 1-ci hissədə Məhəmməd Said Benrahma və Djarrod Bouen fərqləniblər. Fasilədən sonra isə Sebastianno esposito qonaqların təsəlli qolunu vurub: “Vest Hem” – “Anderlext” 2:1. Ardıcıl 4-cü oyununda qələbə qzanan London klubu pley-offa vəsiqə əldə edib.
A qrupunda “Fiorentina” ardıcıl 2-ci qələbəsini qazanıb. Komanda doğma arenada Şotlandiyanın “Harts” klubunu 5:1 hesabı ilə məğlub edib. Meydan sahibləri fasiləyə kimi 4 qol vurublar. Luka Yoviç, Kristiano Biragi, Nikolas Qonzales və Antonin Barak fərqləniblər. 2-ci hissədə isə Stiven Hamfris burxaılan toplardan birinin əvəzini çıxsa da, Nikolas Qonzales hesab arasındakı fərqi 4 topa yüksəldib 5:1. Hazırda aktivində 7 xal olan “Fiorentina” qrup lideri İstanbul “Başakşehir”dən 3 xal geri qalır. Qeyd edək ki, Türkiyə klubu pley-offa vəsiqəni təmin edib.