Avrokuboklarda yeganə təmsilçimiz “Qarabağ” UEFA Avropa liqasınən qrup mərhələsində 4-cü oyuna çıxacaq. Komandamız tarixində ilk dəfə avroliqanın pley-ofuna vəsiqə qazanmaq yolunda iri addımalrla inamla irəliləyir. G qrupunda çıxış edən Ağdam klubu startda Almanİyada “Frayburq”a 1:2 hesabilə uduzsa da, Bakıda “Nant”ın qapısından 3 top keçirdi. Daha sonra eyni nəticəni Yunanıatanda “Olimpiakos”la görüşdə təkrarladı. Bu gün isə futbolçularımız Pirey klubunu Bakıda qəbul edir. 3 oyunun hamısında uduzan “Olimpiakos” hazərda G qrupunun autsayderidir. Hesabında 6 xal olan “Qarabağ” maksimum nəticə gğsətərən lider “Frayburq”dan 3 xal geri qalır. “Nant” isə hələlik 3 xalla 3-cüdür. Qrupdakı vəziyyətdən də aydın olduğu kimi “Qarabağ”la görüş “Olimpiakos” üçün həlledici xarakter daşıyır. Bu haqda klubun baş məşqçisi Miçel də mətbuat konfransında danışıb. O, ilk matçdakı hesabın oyuna uyğun olmadığını vurğulayaraq Bakıda qələbə qazanmaq əllərindən gələni edəcəklərini deyib. 

Qurban Qurbanov isə həmişə olduğu kimi təmkinli danışıb: "Rəqibə düzgün yanaşmalıyıq. Həddindən artıq istəklidirlər. Bu matça son şans kimi baxırlar. Qarşılaşmaya ciddi hazırlaşıblar. Futbolçuların özlərinə gələcəklərinə və sabahkı görüşə tam hazır olacaqlarına inanıram. Yunanıstandakı hesab bizi aldatmalı deyil. Orada səhvlərimiz də çox olub. Matça sonradan baxanda buna əmin oldum. Sabah yaxşı oyunlarımızdan birini keçirmək istəyirik". 

Xatırlqdaq ki, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində yalnız 1 komandanı hər 2 görüşdə məğlub edə bilib. 2016-17-ci illər mövsümündə “köhlən atlar” Yunanıatanın digər kollektivi PAOK-a Bakıda 2:0, səfərdə 1:0 hesabilə qalib gəlmişdi. Maraqlıdır ki, həmin vaxt PAOK-un heyətində çıxış etmiş Qari Rodriges hazırda “Olimpiakos”un uğurları üçün çalışır.

Pirey futbolçuları da  “Qarabağ”la görüşdən əvvəl yalnız 1 dəfə Azərbaycan komandası ilə qarşılaşıblar. Onıar ötən mövsüm UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”ni həm doğma meydanda, həm də səfərdə minimal hesabla məğlub etmişdilər. 

Saat 20:45-də start fiti səslənəcək “Qarabağ” – “Olimpiakos” matçını Kreyq Pousunun başçılığı altınsa ingiltərəli hakimlər briqadası idarə edəcək.