UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü oyunları başa çatıb. E qrupunda “Çelsi” “Milan”ı qəbul edib. Görüşə ciddi itkilərlə çıxan “rossoneri” qapısında 3 top görüb. 24-cü dəqiqədə Vesli Fofana hesabı açıb. Fasilədən sonra isə Pyer-Emerik Obameyanq və Ris Ceyms qonaqları məyus edib. “Çelsi” – “Milan” 3:0 

Qrupub digər matçınsa Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su “Zaltsburq”un qonağı olub. Bu matçın taleyini 1 qol həll edib. 71-ci dəqiqədə Noa Okafor penaltini dəqiq yerinə yetirərək Avstriya klubuna qələbə qazandırıb. Hazırda “Zaltsburq” 5 xaııa liderdir. “Çelsi” və “Milan” 4 xalla 2-ci, 3-cü pillələrdədir. “Dinamo” 3 xalla 4-cü yerdədir. 

F qrupunda “Real Madrid” İspaniyada “Şaxtyor Donetsk”i qəbul edib. Oyunda bütün qollar 1-ci hissədə vurulub. Rodriqo və Vinisyusa qonaqlardan Aleksandr Zubkov cavab verib. “Real” – “Şaxtyor” 2:1 

“Leypsiq” isə Almaniyada “Seltik”dən üstün olub. 27-ci dəqiqədə meydan sahiblərindən Kristofer Nkunku fərqlənib. Fasilədən dərhal sonra Jota tarazlığı bərpa edib. Lakin Şotlandiya klubunun daha artığına gücü çatmayıb. Andre Silva dubl edərək yekun nəticəni müəyyənləşdirib: “Leypsiq” – “Seltik” 3:1

F qrupubnda maksimum nəticə göstərən “Real” 9 xalla liderdir. “Şaxtyor” 4 xalla 2-ci, “Leypsiq” 3 xalla 3-cüdür.Hesabında yalnız 1 xal olan “Seltik” hazırda 4-cü sıradadır.