Naxçıvanda Yeniyetmələrin Dünya Şahmat Olimpiadası davam edir.

Yarışda üçüncü turun görüşləri keçirilib. Azərbaycanın birinci komandası  Kubanı, ikinci komanda Latviyanı, “Sumqayıt” isə İngiltərəni məğlub edib. Ölkəmizi təmsil edən digər kollektivlərdən “Azərbaycan-4” Monqolustanla, “Naxçıvan” Moldova ilə, “Azərbaycan-3” “CAR-3” ilə mübarizənin yekununda heç-heçə edib. Üç turdan sonra “Azərbaycan – 1”, Qazaxıstan və Türkiyə 6 xalla maksimum nəticəyə malikdirlər. Lakin şəxsi əmsallarda rəqiblərini qabaqlayan şahmatçılarımız zirvədə qərarlaşıblar. Qeyd edək ki, 9 turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.