"Sumqayıt" ilə oyun öncəsi məşqdə zədələnən “Kəpəz”in təcrübəli futbolçusu Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib.
Klubun mətbuat xidməti xəbər verir ki, əzələsi dartılan yarımmüdafiəçi təxminən 10 gün məşq edə bilməyəcək. Bu müddətdə futbolçu müalicə və bərpa prosesi keçəcək.