“Neftçi”nin braziliyalı legioneri Pato komandadan gedə bilər.

Futbolçunun “Sumqayıt”a keçəcəyi gözlənilir. Belə ki, “Sumqayıt”ın yeni baş məşqçisi Samir Abasovun “Neftçi”də işləyərkən “ağ qaralar”da işləyərkən komandaya gələn hücumçunun xidmətində maraqlıdır. “Sumqayıt”ın qış transfer pəncərəsində Patonu icarə qaydasında hazırkı heyətə cəlb etmək istəyir. Yeganə problem futbolçunun maaşının yüksək olmasıdır. Transferin reallaşması üçün “Sumqayıt”ın “Neftçi” ilə artıq danışıqlara başladığı vurğulanır.