“Qarabağ” vacib oyun ərəfəsində Kevin Medinadan xoş xəbər alıb.

Ağdam klubundan verilən məlumata görə kolumbiyalının zədəsi tam sağalıb. Medina şənbə günü oynayıb-oynamaması baş məşqçi Qurban Qurbanovun qərarından asılı olacaq. Digər zədəli müdafiəçilər – Maksim Medvedev və Rahil Məmmədovun durumu isə qeyri-müəyyəndir. Oktyabrın 1-i “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 18:00-da start götürəcək.