Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Daha iki cüdoçularımız mübarizəni dayandırdı
26-04-2013

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Yarışının ikinci günündə mübarizəyə daha 2 cüdoçumuz qoşulub. Lakin onlar uğursuzluğa düçar olaraq 1/4 finala qədər çıxışını dayandırıb.

73 kq çəkidə yığmamızın üzvü Hüseyn Rəhimli təsnifat mərhələsindən azad idi. O, 1/16 finalda mübarizəyə başlayıb. Lakin rusiyalı Murat Kozdokovla güləşən təmsilçimiz elə ilk dueldə mübarizəni dayandırıb. Şimal qonşumuz Hüseyni 4 dəqiqə 25 saniyəyə məğlub edib. İdmançımız 1 yuko buraxdıqdan sonra ippona düşüb.

Olimpiya çempionumuz Elnur Məmmədlinin zədə səbəbində qatılmadığı yarışda ölkəmizin idman şərəfini 81 kq-da Tural Səfquliyev qoruyub. O da Rəhimli kimi yarışa 1/16 finaldan qatılıb. İdmançımız ilk görüşdə Sven Mareşlə (Almaniya) münasibətinə aydınlıq gətirib. Rəqibini cəmi 45 saniyə ippona salan təmsilçimiz 1/8 finalda ukraynalı Vitali Dudçiklə qarşılaşıb və Tural 3 dəqiqə 323 saniyədən sonra ippona düşərək mübarizəni dayandırıb. Bunadək isə ukraynalı hesabına 1 yuko da yazıb.

Qeyd edək ki, çempionatın ilk günündə Nicat Şıxəlizadə (66 kq) 5-ci olduğu halda, Vüqar Şirinli (60 kq) ikinci, Kifayət Qasımova (57 kq) birinci döyüşündə uduzub. Növbəti 2 gündə isə daha 5 idmançımız tatamiyə çıxacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018