Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar
25-04-2013

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Avropa çempionatına başlayacaq. Qitənin ən nüfuzlu yarışının ilk günündə tatami üzərinə 3 cüdoçumuz çıxacaq. 

 

 

 

 

 

Kişilər

60 kq
Vüqar Şirinli ilk mərhələdə Yuho Reynvallı (Finlandiya) sınağa çəkəcək. Həmyerlimiz qalib gələcəyi halda, növbəti görüşdə gürcüstanlı Amiran Papinaşvili ilə münasibətinə aydınlıq gətirəcək. 

66 kq
Budapeştdə medal ümidlərimizdən olan Nicat Şıxəlizadə birinci görüşünü Aleksander Veyçinqerə (Avstriya) qarşı keçirəcək. Nicat qalib gələcəyi təqdirdə, Denis Kozlovs (Latviya) – Nikola Gusiç (Çernoqoriya) cütünün güclüsü ilə güləşəcək. 

Qadınlar

57 kq
Komandamızın səfərə yalnız kişi cüdoçularla yollanacağı bildirilsə də, Peter Zayzenbaher son anda yenə heyətə əl gəzdirib və yığmamızın lideri Kifayət Qasımovanı da Avropa çempionatına aparıb. İdmançımız püşkün nəticəsinə görə ilk mərhələdə rumıniyalı Onai Loredana ilə üz-üzə gələcək. 

Qeyd edək ki, 4 gün davam edəcək yarışda Azərbaycan 10 cüdoçu ilə təmsil olunur. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018