Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
05-04-2013

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Samsunda keçirilən Qran-prinin yekununa əsasən açıqlanan siyahı Azərbaycan yığmasının aparıcı üzvləri üçün yenə uğursuz alınıb. 
Düzdür, təmsilçilərimizdən Türkiyədə finala yüksələn Elmar Qasımov (100 kq) irəliləyib. O, gümüş medal qazanmaqla, 27-ci pillədən 17-ci yerə yüksəlib. Elmarla eyni çəkidə mübarizə aparan Elxan Məmmədov və 66 kq çəki dərəcəsində qüvvəsini sınayan Nicat Şıxəlizadə da bir pillə qabağa gedib və hazırda müvafiq olaraq, 29-cu və 22-cü yerdədirlər. 
Onlardan fərqli, Tərlan Kərimovla (66 kq), Kifayət Qasımova (57 kq) hərəyə 3, Elnur Məmmədli (81 kq) 2, İlqar Müşkiyevla (60 kq) Rüstəm Orucov (73 kq) isə hərəyə 1 pillə geriləyiblər. Onlar hazırda müvafiq olaraq, 21-ci, 18-ci, 23-cü, 14-cü və 20-ci yerlərdə qərarlaşıblar. 
Maraqlısı isə odur ki, artıq yığmamızın gənc üzvü Tural Səfquliyev Olimpiya çempionumuza “əlcək” atıb. O, Məmmədlini də 1 pillə qabaqlamaqla, 22-ci pilləyə qalxıb. Yığmamızda yalnız Ramilə Yusubova (63 kq) yerində sayıb (31-ci pillə). 
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018