Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Qasımov erməni rəqibini məğlub etdi, gümüş medal qazandı.
01-04-2013

Türkiyənin Samsun şəhərində keçirilən Qran-pri yarışlarında Azərbaycan cüdoçuları iki medal qazanıblar. Yarışda 43 ölkədən 380 cüdoçu mübarizə aparıb.

Yarışın ilk günündə yığmamıza birinci medalı Vüqar Şirinli (60 kq) qazandırıb. Cüdoçumuz bürünc medala sahib olub. İlk olaraq tatami sahibi Ahmet Kabanı məğlub edən idmançımız daha sonra britaniyalı Eşli Makkenzini üstələyərək dörddəbir final mərhələsinə yüksəlib. Tunis idmançısı Frac Doubidən üstün olan V.Şirinli yarımfinalda Monqolustan təmsilçisi Amartuvşin Daşdavaaya məğlub olub. Cüdoçumuz bu görüşdə uduzsa da, üçüncü yer uğrunda mübarizə apararaq bürünc medal qazanıb.

Elmar Qasımov (100 kq) yarışı gümüş medalla başa vurub. Əvvəlcə türkiyəli İsmayıl Cantezi məğlub edən cüdoçumuz daha sonra ermənistanlı Hakob Arakelyana qalib gələrək dörddəbir mərhələsinə adlayıb. E.Qasımov Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlində üçüncü olan çexiyalı Lukas Krpalekə, sonra hollandiyalı dünya çempionu Henk Qrola qalib gəlib. Həlledici görüşdə isə Rusiya təmsilçisi Adlan Bisultanovla qarşılaşan cüdoçumuz gümüş medalla kifayətlənib.

Beləliklə, cüdo yığmamız Türkiyədə 1 gümüş və 1 bürünc medala sahib olub.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018