Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Nicat Şixəlizadə erməni cüdoçusuna qalib gəldi.
30-03-2013

Bu gün Türkiyənin Samsun şəhərində Qran-Pri start götürüb. İlk gündə 9 cüdoçumuz mübarizəyə qoşulub.
60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli artıq startda meydan sahibi Ahmet Kabanı məğlub edib. O, növbəti mərhələdə britaniyalı Eşli Makkenziyə qalib gəlib. Vüqar 1/4 finalda tunisli Fracu Dubinin də öhdəsindən gəlib. O, 1/2 finalda monqolustanlı Amartuvşin Daşdavaa ilə görüşəcək.
Bu çəkidə mübarizə aparan digər idmançımız Orxan Səfərov isə ilk döyüşündə Rusiyanı təmsil edən erməni cüdoçu Aram Qriqoryana məğlub olub.
Medal ümidlərimizdən olan Nicat Şixəlizadə isə 66 kq-da macarıstanlı Jolt Qorjanatsdan üstün olub. Nicat növbəti mərhələdə Ermənistandan olan rəqibi Armen Nazaryana da heç bir şans verməyib. O, 1/4 finalda qazaxıstanlı Sergey Limlə tatamidə üz-üzə gələcək.
73 kq-da döyüşən Rüstəm Orucov türkiyəli Hasan Vanlıoğluna ipponla uduzub. Hüseyn Rəhimli isə fransalı Pyer Düpro ilə bacarmayıb.
Qadınların mübarizəsində isə Aişə Qurbanlı (48 kq) türkiyəli Ebru Şahinə uduzub və mübarizəni erkən başa vurub.
Turanə Seyidi (52 kq) də Aişə kimi ilk döyüşünü meydan sahibi ilə keçirib. Ancaq o, Merve Türk üzərində qələbə qazana bilib. Bununla belə, növbəti mərhələdə rusiyalı Natalya Kuzyutina ilə bacarmayıb.
Şəhanə Hüseynova (63 kq) da türkiyəli Selin Güldən üstün olub. Ancaq onun qarşısını almaniyalı Yohanna Müller kəsib. Bu çəkidə mübarizə aparan Xanım Hüseynova isə xorvatiyalı Andreya Dakoviçə yenilib.
Qeyd edək ki, yarışın son günü - sabah mübarizəyə daha 8 cüdoçumuz qoşulacaq. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018