Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Bu gün Azərbaycan Cüdo-İdman Kompleksinin təməli qoyulub.
19-12-2012

Bu gün Azərbaycan Cüdo-İdman Kompleksinin təməli qoyulub. Kompleksin təməlqoyma mərasimində gənclər və idman naziri Azad Rəhimov, Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov, Azərbaycan Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və tanınmış idmançılar, respublikanın idman ictimaiyyətinin nümayəndələri iştirak edib. 
Mərasimdə çıxış edənlər möhtərəm dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkə idmanının, o cümlədən milli cüdo məktəbinin yeni və şərəfli bir inkişaf mərhələsində olduğunu vurğulayıblar. Qeyd olunub ki, hazırda ölkədə idmanın hərtərəfli dəstəklənməsi, onun maddi-texniki bazasının gücləndirilməsi, bölgələrdə yeni idman komplekslərinin yaradılması geniş vüsət alıb. 
Bu istiqamətdə tədbirlərin daha bir nümunəsi kimi, Bakıda Azərbaycan Cüdo-İdman Kompleksinin inşasına başlanılır. Mərasim iştirakçılarına yeni kompleksin texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda inşasına başlanılan və 2014-cü ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulan Azərbaycan Cüdo-İdman Kompleksi 4500 kv.m-lik sahəyə, 2 min nəfərlik tamaşaçı tutumuna malik olacaq. Kompleksin tərkibinə 8 mərtəbəli otel, poliklinika, laboratoriya, fizioterapiya və sağlamlıq mərkəzi, restoran, trenajor zalı və spa mərkəzi də daxildir. 
Cüdo idman növünün respublikanın bölgələrində də maddi-texniki bazası gücləndirilir. Belə ki, hazırda İsmayıllı rayonunda da Cüdo Mərkəzi inşa olunur. Milli cüdo yığmasının peşəkarlığının daha da yüksəldilməsi, peşəkar məşqçi və hakim heyətinin hazırlanmasının da diqqətdə saxlanıldığı qeyd olunaraq, bir müddət bundan öncə ikiqat Olimpiya, dünya və Avropa çempionu Peter Seysenbaxerin milli cüdo yığmasına baş məşqçi təyin olunduğu bildirilib. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018