Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Cüdo üzrə şəhərlərarası turnir keçirilib.
11-12-2012

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 8-9 dekabr tarixlərində  Sumqayıtda “Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş  cüdo üzrə şəhərlərarası turnir” keçirilib. 1999-2001-ci il təvəllüdlü yeniyetmələrin qatıldığı iki gün davam edən  turnirdə 26 komanda 10 çəki dərəcəsində mübarizə aparıb. Abşeron, Qusar, Gəncə, Laçın, Şabran, Xaçmaz, Ağdam, Bərdə, Qubadlı, Yevlax, Siyəzən, İsmayıllı və  Sumqayıtı təmsil edən 270 yeniyetmə cüdoçunun tatamiyə çıxdığı birincilikdə  27, 30, 34, 38, 42, 46, 50, 55, 60, 60+ şəki dərəcəsində olan kimano ustaları qüvvələrini sınayıblar.  Sumqayıt birincilikdə 5 komanda ilə təmsil olunub. Komanda hesabında Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialı fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Komanda aktivinə 3 qızıl, 1 gümüş və 1 bürünc medal yazıb.  İkinci yeri isə Gəncə təmsilçiləri tutub. Üçlüyü də sumqayıtlılar qapayıb. Belə ki, Sumqayıt 2 saylı Uşaq Gənclər İdman Məktəbinin komandası aktivinə 1 qızıl, 1 gümüş və 5 bürünc medal yazaraq fəxri kürsü də mükafatçılar sırasında olub.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018