Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Yeniyetmə cüdoçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.
25-06-2012

Çernoqoriyanın Bar şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. Səfərə 10 idmançı ilə yollanan Azərbaycan millisi yarışda 1 qızıl və 3 bürünc medal qazanıb. 
Belə ki, 55 kq çəki dərəcəsində mübarizə aparan İlkin Babazadə bütün rəqiblərini məğlub edərək, Avropa çempionu adına yiyələnib. O, ilk 3 qarşılaşmada Xorvatiya, Albaniya və Gürcüstan cüdoçusunu məğlub edərək, yarımfinala yüksəlib. İlkin yarımfinalda erməni Harutyun Dermişyana 2 yuko xalı ilə qalib gəlib və finala çıxıb. Həlledici görüşdə daha bir Gürcüstan təmsilçisi Beka Natatralaşvilini təmiz qələbə - ippon xalı ilə məğlub edən həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
Ondan fərqli, millimizin digər 3 cüdoçusu Sadiq Qurbanov, Elnur Abbasov (hər ikisi 50 kq) və İlkin Məmmədov (60 kq) qitə birinciliyinin bürünc medallarını qazanıblar.
Bu nəticə ilə Azərbaycan komanda hesabında 39 ölkə arasında 4-cü yeri tutub.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018