Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Bu gün Beynəlxalq Cüdo Federasiyası (İJF) yeni reytinq cədvəlini açıqlayıb.
12-06-2012

Bu gün Beynəlxalq Cüdo Federasiyası (İJF) yeni reytinq cədvəlini açıqlayıb. Rio-de-Janeyroda keçirilən “Böyük Dəbilqə”nin yekunlarına əsasən müəyyənləşən siyahı London-2012-də yığmamızın heyətində yer alacağı gözlənilən cüdoçulamız üçün elə də uğurlu olmayıb. 
Yarışa qatılmayan millimizin üzvlərindən irəliləyən olmayıb. Əksinə, rəqiblərinin “Böyük Dəbilqə”də uğurlu çıxışı İlqar Müşkiyevlə (60 kq) Ramilə Yusubovanın (63 kq) geriləməsi ilə nəticələnib. Onlardan birincisi 2, digəri 1 pillə aşağı düşüblər və müvafiq olaraq, 6-cı və 16-cı yerlərdə qərarlaşıblar. 
Bu cüdoçularımızdan fərqli, Ağayar Axundzadənin digər yetirmələri mövqelərini qoruyublar. Yenə Tərlan Kərimov (66 kq) 17-ci, Rüstəm Orucov (73 kq) 31-ci, Elnur Məmmədli 3-cü, Elxan Rəcəbli (hər ikisi 81 kq) 31-ci, Elxan Məmmədov (90 kq) 10-cu, Elmar Qasımov (100 kq) 27-ci və Kifayət Qasımova (57 kq) 11-cidir. 
Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar. Yuxarıda adları olan cüdoçulardan yalnız 81 kq çəki dərəcəsində Məmmədli və Rəcəbli arasında seçim ediləcək. İJF isə London-2012-yə lisenziya qazanan idmançıların adını rəsmi olaraq bugünlərdə açıqlayacaq. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018