Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Mayın 18-də kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsi start götürüb.
19-05-2012

Mayın 18-də Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsi start götürüb. Yarışda Azərbaycanı 4 kanoeçi – Adnan Əliyev, Andrey Kraytor və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti təmsil edir. İlk yarış günündə Bezuqlıy – Prokopenko dueti 2 nəfərlik qayıqla (C-2) həm 1000 metr, həm də 500 metr, Kraytor 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşlərdə finala yüksəlib. Əliyev isə 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşdə mübarizəni yarımfinalda dayandırıb.

Artıq 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanmış kanoeçi duetimiz 1000 metrlik məsafəyə seçmə yürüşü 3 dəqiqə 58,218 saniyəyə qət edərək, 3-cü olub. O, almaniyalı Tomaş Vılençek – Ştefan Holts (3:56.522) və belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetski (3:57.570) cütlükləri ilə birgə əsas finala (Final A) adlayıb. Mayın 19-da Bakı vaxtı ilə saat 14:45-də baş tutacaq həlledici yürüşdə Bezuqlıy – Prokopenko duetinin digər rəqibləri Pol Brayant – Rolan Varqa (Kanada), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus), Peter Kreçmer – Kurt Kuçela (Almaniya), Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (Kuba), Maoxinq Huanq – Li Kianq (Çin) və Dmitri Yançuk – Aleksandr Sivkov (Ukrayna) cütlükləri olacaq. 1000 metr məhz olimpiya məsafəsi sayıldığından, kanoeçilərimizin bu yürüşdə yekun nəticəsi xüsusi əhəmiyyət Mayın 18-də Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsi start götürüb. Yarışda Azərbaycanı 4 kanoeçi – Adnan Əliyev, Andrey Kraytor və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti təmsil edir. İlk yarış günündə Bezuqlıy – Prokopenko dueti 2 nəfərlik qayıqla (C-2) həm 1000 metr, həm də 500 metr, Kraytor 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşlərdə finala yüksəlib. Əliyev isə 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşdə mübarizəni yarımfinalda dayandırıb.
Artıq 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanmış kanoeçi duetimiz 1000 metrlik məsafəyə seçmə yürüşü 3 dəqiqə 58,218 saniyəyə qət edərək, 3-cü olub. O, almaniyalı Tomaş Vılençek – Ştefan Holts (3:56.522) və belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetski (3:57.570) cütlükləri ilə birgə əsas finala (Final A) adlayıb. Mayın 19-da Bakı vaxtı ilə saat 14:45-də baş tutacaq həlledici yürüşdə Bezuqlıy – Prokopenko duetinin digər rəqibləri Pol Brayant – Rolan Varqa (Kanada), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus), Peter Kreçmer – Kurt Kuçela (Almaniya), Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (Kuba), Maoxinq Huanq – Li Kianq (Çin) və Dmitri Yançuk – Aleksandr Sivkov (Ukrayna) cütlükləri olacaq. 1000 metr məhz olimpiya məsafəsi sayıldığından, kanoeçilərimizin bu yürüşdə yekun nəticəsi xüsusi əhəmiyyət daşıyır.daşıyır.

Mayın 18-də Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsi start götürüb. Yarışda Azərbaycanı 4 kanoeçi – Adnan Əliyev, Andrey Kraytor və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti təmsil edir. İlk yarış günündə Bezuqlıy – Prokopenko dueti 2 nəfərlik qayıqla (C-2) həm 1000 metr, həm də 500 metr, Kraytor 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşlərdə finala yüksəlib. Əliyev isə 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşdə mübarizəni yarımfinalda dayandırıb.

Artıq 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanmış kanoeçi duetimiz 1000 metrlik məsafəyə seçmə yürüşü 3 dəqiqə 58,218 saniyəyə qət edərək, 3-cü olub. O, almaniyalı Tomaş Vılençek – Ştefan Holts (3:56.522) və belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetski (3:57.570) cütlükləri ilə birgə əsas finala (Final A) adlayıb. Mayın 19-da Bakı vaxtı ilə saat 14:45-də baş tutacaq həlledici yürüşdə Bezuqlıy – Prokopenko duetinin digər rəqibləri Pol Brayant – Rolan Varqa (Kanada), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus), Peter Kreçmer – Kurt Kuçela (Almaniya), Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (Kuba), Maoxinq Huanq – Li Kianq (Çin) və Dmitri Yançuk – Aleksandr Sivkov (Ukrayna) cütlükləri olacaq. 1000 metr məhz olimpiya məsafəsi sayıldığından, kanoeçilərimizin bu yürüşdə yekun nəticəsi xüsusi əhəmiyyət daşıyır. Bezuqlıy – Prokopenko dueti 500 metr məsafəyə yürüşə də qatılıb. Bu dəfə onlar seçmə yürüşdə finişə birinci çatıblar. 1 dəqiqə 48,809 saniyə nəticə göstərən azərbaycanlı cütlük belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetskini bu dəfə 0,824 saniyə geridə qoya bilib. Bu iki duetdən əlavə, finişə 1 dəqiqə 51,473 saniyəyə çatan Vadim Menkov – Merey Medetov (Özbəkistan) dueti də birbaşa finala adlayıb. Mayın 20-də Bakı vaxtı ilə 16:49-da başlanacaq həlledici yürüşdə digər rəqiblər Pol Brayant – Rolan Varqa (Kanada), Serik Mirbekov – Gerasim Koçnev (Özbəkistan), Sergey Yemelyanov – Timofey Yemelyanov (Qazaxıstan), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus), Daniel Poşpiex – Yakub Sitkovski (Polşa) və Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (Kuba) olacaq. 

Cəmi 20 yaşa malik Andrey Kraytor da bu məsafəyə seçmə yürüşü birinci pillədə başa vurub. O, 500 metr məsafədəki finişə 2 dəqiqə 8,846 saniyəyə çataraq, birbaşa finala yüksəlib. Kraytor hətta 5 qat dünya çempionu Denis Xarajanı (Belarus) 4,556 saniyə qabaqlayıb. Mayın 20-də Bakı vaxtı ilə saat 16:20-də başlanacaq final yürüşünə bu iki kanoeçidən başqa Naoyo Sakamoto (Yaponiya), Santos Nivalter (Braziliya), Vinsent Şlominski (Polşa), Martin Fuksa (Çexiya), Dilşod Yuldaşov (Özbəkistan), Andreas Kiliqkaridis (Yunanıstan) və Qatis Pranks (Latviya) qatılacaq.

Adnan Əliyev isə bu uğurların davamını gətirə bilməyib. 29 yaşlı kanoeçimiz seçmə yürüşdə 1000 metr məsafəni 4 dəqiqə 33,099 saniyəyə 6-cı pillədə başa vurub. Bu nəticə ilə Əliyev yarımfinala yüksəlib. Lakin o, növbəti yürüşdə 4 dəqiqə 58,868 saniyə nəticə ilə 7-ci olub. Tutduğu yer kanoeçimizi nəinki əsas finala, heç 10 – 18-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalına çıxara bilməyib. Nəticədə təmsilçimiz 1000 metr məsafəyə yürüşdə çıxışını başa vurub. Lakin onu mayın 20-də Bakı vaxtı ilə saat 17:15-də 5000 metr məsafəyə yürüş gözləyir.

Andrey Kraytor və Sergey Bezuqlıy – Maksim Prokopenko duetləri isə mayın 19-da 200 metr məsafəyə seçmə yürüşlərə qatılacaqlar. Kraytor Bakı vaxtı ilə saat 18:05-də, Bezuqlıy – Prokopenko cütlüyü isə saat 19:35-də start xəttinə çıxacaqlar.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018