Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Avropa Olimpiya Təsnifatında çıxış edəcək kanoeçimiz müəyyənləşdi.
11-05-2012

Mayın 16-da Polşanın Poznan şəhərində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifatı (European Olympic Qualifier) start götürəcək. 2 gün davam edəcək yarışda Azərbaycanı kanoeçi Adnan Əliyev təmsil edəcək. O, 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşlərə qatılacaq. Yarışın ilk günündə seçmə və yarımfinal, ertəsi gün final yürüşü olacaq. Yekunda Əliyev ilk 2 pillədən birini tutacağı halda, London olimpiadasına vəsiqə qazanacaq.
29 yaşlı kanoeçimiz ötən il Macarıstanın Seqed şəhərində keçirilmiş lisenziya xarakterli dünya çempionatında da iştirak edib. Lakin həmin yarışda təmsilçimiz 18-ci olub. Olimpiya lisenziyasına isə ilk 7 pilləni tutanlar sahib çıxıblar.  Digər kanoeçilərimizdən Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Londonda iştirak hüququna yiyələniblər. Əliyev də Avropa Olimpiya Təsnifatında bu vəzifənin öhdəsindən gələ bilsə, ölkəmiz olimpiadada kanoe növündə tam heyətlə təmsil olunacaq.
Qeyd edək ki, Adnan Əliyev Poznana kayak və kanoe üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında yollanacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018