Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Beynəlxalq Cüdo Federasiyası may ayı üçün reytinq cədvəlini açıqlayıb.
02-05-2012

Beynəlxalq Cüdo Federasiyası (İJF) may ayı üçün reytinq cədvəlini açıqlayıb. Avropa çempionatının yekunlarına əsasən açıqlanan yeni siyahını Azərbaycan milli komandasının aparıcı cüdoçuları üçün uğurlu saymaq olar.
Belə ki, qitənin ən möhtəşəm yarışında bürünc medala sahib olan Elmar Qasımovun (100 kq) birdən-birə 6 pillə irəliləyərək, 30-cu yerə yüksəlib. Onun kimi komanda yoldaşları - İlqar Müşkiyev (60 kq), Elxan Məmmədov (90 kq) və Kifayət Qasımova (57 kq) da qabağa gediblər. Lakin bu cüdoçular Qasımovdan fərqli, hərəyə 1 rəqibini geridə qoyublar: Müşkiyev 9-cu, Məmmədov 11-ci, Qasımova isə 12-ci yerə qalxıb. 
Yığmamızın üzvlərindən Elnur Məmmədli (81 kq) və Ramilə Yusubovanın (63 kq) isə mövqelərində dəyişiklik olmayıb. Onlar yenə müvafiq olaraq, 3-cü və 15-cidir.
Ağayar Axundzadənin yetirmələrindən yalnız Tərlan Kərimovla (66 kq) Elxan Rəcəbli (81 kq) geriləyiblər. 1 pillə aşağı düşən idmançılar müvafiq olaraq, 15-ci və 27-ci yerə eniblər. 
Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar. Artıq Azərbaycanın 7 idmançısının vəsiqəyə sahib olduğu dəqiqdir. Yuxarıda adları olan cüdoçulardan yalnız 81 kq çəki dərəcəsində Məmmədli və Rəcəbli arasında seçim ediləcək. İJF isə London-2012-yə lisenziya qazanan idmançıların adını rəsmi olaraq mayın 10-da açıqlayacaq. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018