Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Macarıstanın Yeqet şəhərində kikboksinq üzrə dünya kuboku yarışına yekun vurulub.
13-06-2011

Macarıstanın Yeqet şəhərində kikboksinq üzrə dünya kuboku yarışına yekun vurulub. Turnirdə komandamız uğurlu çıxışı ilə diqqət çəkib.

Sayca 17-ci olan dünya kuboku uğrunda yarışda 18-ölkənin 200-dən artıq idmançısı bacarığını nümayiş etdirib. Milli komandanın rəisi Sadıq Bağırov və məşqçi Hikmət Hacıyevin rəhbərliyi altında ölkəmizi 25 kikqboksçu təmsil edib. Seçmə komandamız vətənə 9-qızıl, 4-gümüş və 5 bürünc medalla dönüb. Daxili işlər nazirliyinin idman cəmiyyətinin yetirmələri xüsusilə fərqləniblər. Belə ki, yarışa 5 idmançı ilə yollanan bu qrumun yetirmələrinin hamısı medal qazana bilib. Gənclər arasında döyüşən Əfqan Rəhmanlı, Elşən Qəniyev və Anar Məmmədov baş mükafata layiq görülüblər. Həmyerlilərimiz Macarıstan, Türkmənistan, Belarus, Rusiya və Kanada idamançılarından üstün olublar. Digər kikboksçularımız Elnur Həmidov gümüş, Allahyar Şabanov isə bürünc medalla kifayətləniblər. Məşqçi Hikmət Hacıyev bu nəticələri məqbul qiymətləndirməklə yanaşı mövsümün sonuna qədər olan bütün yarışlarda da  yüksək nailiyətlər əldə edəcəklərini bildirib. İdmançılar da qarşıdan gələn  mötəbər yarışlarda Azərbaycanın idman şərəfini uca  tutacaqlarını  bildiriblər. Çempion adını qazanmış Elşən Qəniyev və 2-qat dünya çempionu Əfqan Rəhmanlı keçirdikləri bütün döyüşlərə qələbə əzmilə çıxdıqlarını deyiblər. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan seçməsi 18 ölkə arasında komanda hesabında 2-ci yeri tutub. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016