Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
22-02-2012

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Almaniyanın Düsseldorf şəhərində keçirilən Qran-pri turnirinin yekununa əsasən müəyyənləşən siyahı Azərbaycan cüdoçuları üçün elə də uğursuz olmayıb.
Belə ki, Ağayar Axundzadənin yetirmələrindən İlqar Müşkiyev (60 kq), Elmar Qasımovun (100 kq) və Kifayət Qasımova (57 kq) yarışda mükafatçılar sırasında yer almasalar da, rəqiblərinin geriləməsi səbəbindən hərəsi 1 pillə irəliləyib. Onlar müvafiq olaraq, 10-cu, 36-cı və 13-cü yerlərə yüksəliblər. 
Tərlan Kərimov (66 kq), Elnur Məmmədli (81 kq) və Ramilə Yusubova (63 kq) əvvəlki siyahıda olduğu kimi yenə müvafiq olaraq, 14-cü, 3-cü və 15-cidir. 
Qran-pridə iştirak etməyən Elxan Rəcəbli (81 kq) və Almaniyada 5-ci olan Elxan Məmmədov (90 kq) isə hərəyə 1 pillə geriləyiblər. Bunlardan birincisi 27-ci, ikincisi 12-ci yerə düşüb. 
Reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, ötən həftə Qran-pridə yalnız Məmmədli gümüş medal qazanmışdı.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018